Gənc ifaçı Ceyhunun "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasında əməkdar artist Elza Seyidcahanın şəklini yandırması bir çox sənətkarların sərt reaksiyasına səbəb olub.
Milli.Az xəbər verir ki, bu olaya sərt reaksiya verənlər arasında Tacir Şahmaloğlu və Rəmişi xüsusi ilə qeyd etmək olar.
Bu gün "10-dan sonra" verilişində qonaq olan Ceyhun bu addımının əsl səbəbini açıqlayıb. Müğənni verilişlərdən birində Aygün Kazımovaya "həsr etdiyi" "Nə yaxşı varımsan" mahnısına görə Elza Seyidcahan tərəfindən "Hamam suyu ilə özünə dost tutur" sözləri ilə tənqid olunduğu üçün əməkdar artistin şəklini yandırdığını etiraf edib.

Gənc ifaçı müğənnilərin bir-birinə qarşı qeyri-etik davranışları ilə sənətlərini hörmətdən saldığını deyib:
"Müğənni qarşısındakı həmkarına nəsə pis söz deyəndə, o, müğənnilik peşəsini alçaldır".
Qeyd edək ki, Ceyhun "Hit-parad"da Elza Seyidcahanın Damlanın şəklini cırmasına qarşılıq olar bu addımı atdığını demişdi.
Təhməz Təkin
Milli.Az