"Mattersburq"un maraq dairəsində olan Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev "Trabzonspor"da qala bilər.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "bordo-mavililər" gənc oyunçunun hazırlıq durumu ilə tanış olacaq.
Qara dəniz təmsilçisi iyulun 1-də təlim-məşq toplanışı üçün Sloveniyaya yollanacaq ki, Şeydayev də komandanın heyətində yer alacaq. Lakin onun komandada qalıb-qalmayacağı baş məşqçinin qərarından asılı olacaq.
Qeyd edək ki, "Mattersburq"un baş məşqçisi Gerald Baumqartner Avstriya mətbuatına açıqlamasında Ramil Şeydayevin bu həftə komandaya qoşulacağını bildirib.
Milli.Az