Daun Sindromlu Şəxslərin reabilitasiya mərkəzi, "Qayğı" reabilitasiya mərkəzi və Hipoterapiya Mərkəzi Həyat Fondunun rəhbəri Hacı Nuran Hüseynova dəstək aksiyası keçiriblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aksiyada iştirak edən serebral iflic, autizm, daun sindromu kimi xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün xüsusi ixtisaslaşmış könüllülər tərəfindən hipoterapiya - atlarla müalicə seansları təşkil olunub.

Aksiyada iştirak edənlər Hacı Nurana tezliklə sağ-salamat vətənə qayıtmasını arzu ediblər.

Milli.Az