Sosial şəbəkələrdə Almaniyada müalicəyə yollanmış aparıcı Hacı Nuranın ölüm xəbəri yayılıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, onun qəflətən dünyasının dəyişdiyi bildirilib.
Bu barədə Hacı Nuran açıqlama verərək yayılan informasiyanın yalan olduğunu bildirib:
"Bunu kim yayıb? Hələ sağam-ölməmişəm".
Qeyd edək ki, Nuranın Almaniyaya getməsinin səbəbi ağciyərində onkoloji şiş tapılmasıdır.
Milli.Az