Bakıda inzibati binada yanğın olub.

FHN-dən Milli.Az-a verilən məlumata görə, Səbail rayonunda ümumi sahəsi 768 m² olan birmərtəbəli inzibati binanın 1 otağında rəf və sənədlər yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az