Zaqataladan Mingəçevirə gedən mikroavtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı ikiyə çatıb.

Metbuat.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən biri, 54 yaşlı Rəhilə Mikayılova orada ölüb.

Məlumata görə, xəsarət alanlar arasında iki azyaşlı və onların anası da var. Mingəçevir sakinləri - 2017-ci il təvəllüdlü Həmzəyeva Əsmanur, onun bacısı, 2014-cü il təvəllüdlü Həmzəyeva Əlifnur reanimasiya, onların anası - 1985-ci il təvəllüdlü Mələk Həmzəyeva cərrahiyyə şöbəsinə yerləşdirilib.

Bakı Metropoliteni yay qrafikinə keçir - Oxumaq üçün tıkla