AQTA Azərbaycanda məktəbəqədər, orta və ali təhsil müəssisələrində qidalanma rasionlarına dövlət nəzarəti həyata keçirəcək.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

Agentlik sədri bildirib ki, təhsil müəssisələrində uşaqların qidalanması məsələsi də diqqət mərkəzindədir:

"Gələcək indiki nəsildən asılıdır. Bu, çox ciddi məsələdir.Bilavasitə bu məsələyə prioritet veririk. Yaxın zamanlarda Təhsil Nazirliyi ilə birlikdə həmin müəssisələrə bildirişlər göndərəcəyik."

Xəyalə Məmmədova / Metbuat.az

İstirahət mərkəzlərində monitorinq aparılacaq - Gələn aydan etibarən - Oxumaq üçün tıkla