Növbəti iş həftəsinin təxmini hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata əsasən, 2 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarımadasında gözlənilən şimal küləyi temperaturun bir qədər aşağı enməsinə səbəb olacaq.

Lakin iyulun 3-4-də yenidən kəskin istilər müşahidə ediləcək.

İyulun 5-dən 8-dək arabir güclənən şimal küləyi müsbət amil olacaq və havanın temperaturu iqlim norma göstəricilərinə yaxınlaşacaq.

Ölüm zamanı İNSANIN BAŞINA GƏLƏNLƏR - Oxumaq üçün tıkla