"10-dan sonra"da qonaqlardan biri əməkdar artist Elza Seyidcahan olub.

Milli.Az xəbər verir ki, xanım bəstəkarla yanaşı verilişdə qonaqlardan biri, əməkdar artistin son dönəmlər aralarında qalmaqal səngimək bilməyən Damlanın "Xəncər" mahnısının bəstəkarı da yer alıb.

Verilişin aparıcısı Yusif Ağayevin canlı yayımda "Elza, Damlanın mahnılarının demək olar ki, hamısının bəstəkarı Elçindir" sözləri əməkdar artisti özündən çıxarıb:

Azərbaycan efirində daha bir BİABIRÇILIQ - Sən mənə təcavüz edirsən - VİDEO

"Səni bu dəqiqə məhkəməyə verərəm ki, sən mənə onunla bağlı suallar verirsən"

Aparıcı müğənninin sözlərindən sonra sanki nə baş verdiyini anlaya bilməyib.

Sonra Yusif Damla ilə onun şəklini "Atv maqazin onlarla"nın "Hit-parad" rubrikasında cırdığı üçün Elzanın fotosunu yandıran Ceyhunun rəsmlərini yan-yana tutaraq "Bunlardan hansını yandırmaq istəyərsən?" sözləri ilə əməkdar artistə müraciət edib.

Qəzəbləndiyi hər halından hiss edilən Elza Seyidcahan "Mən onların heç birini tanımıram. Sən mənə burada təcavüz edirsən. Mən gedib, sənin əlindən intihar edim?" sözləri ilə aparıcıya sərt şəkildə etirazını bildirib.

Həmin kadrları təqdim edirik:

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycan efirində daha bir BİABIRÇILIQ - Sən mənə təcavüz edirsən - VİDEO Elza canlı yayımda MEYDAN OXUDU

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycan efirində daha bir BİABIRÇILIQ - Sən mənə təcavüz edirsən - VİDEO Azərbaycan efirində daha bir BİABIRÇILIQ -

Məhəmməd Vaqif

Milli.Az