Dünən əməkdar artist Elza Seyidcahan doğum gününü "5/5"-də qeyd edib.

Milli.Az xəbər verir ki, xanım bəstəkar efirə başında böyük şlyapada daxil olub. Onu təbrik etmək üçün yanağından öpmək istəyən aparıcı Zaur Kamal Elzanın şlyapasına toxunub.

Aparıcının bu hərəkəti bəstəkar-müğənninin xoşuna gəlməyəndə "Centlmen kişilər papağa toxunmur" sözləri ilə reaksiya verib.

Zaur "Mən kobud kişilərdənəm. Başım ora girmir axı" deyərək addımına haqq qazandırıb.

Elzanın aparıcıya verdiyi cavab isə qonaq və tamaşaçıların gülüşünə səbəb olub:

"Demək başın giriləsi kol deyil".

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Başım ora girmir axı, kobud kişiyəm" - Elzanı öpmək istəyi baha başa gəldi - VİDEO - FOTO "Başım ora girmir axı, kobud kişiyəm" - Elzanı öpmək istəyi baha başa gəldi - VİDEO - FOTO