Türkiyədə baş verən qatar qəzasının səbəbi açıqlanıb

Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi Tekirdağ əyalətində baş verən qatar qəzasının səbəbini açıqlayıb.

Metbuat.az-ın məlumatında görə, nazirlik qəzanın həddindən artıq yağışın yağması səbəbindən barmaqlıqlarla rels arasındakı torpağın boşalması nəticəsində baş verdiyini bildirib.

Nazirlikdən verilən yazılı açıqlamada Uzunköprü-Halkalı marşrutu ilə hərəkət edən 6 vaqon, 362 sərnişin və 6 heyətlə yola çıxan 12703 saylı qatar Balabanlı-Çorlu arasında 162-ci kilometrdə yerli vaxtla saat 17.00-da sırada olan 5 vaqonun relsdən çıxaraq aşması nəticəsində qəzaya uğrayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR