"Keşlə" "Balzan"la keçirəcəyi futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, siyahıya 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu daxil edilib.

Onların arasında yeni transferlər Miloş Boşançiç və Bahodir Nasimov da yer alıb. 30 yaşlı serbiyalı Boşançiç hücumameylli yarımmüdafiəçidir və son olaraq, Çexiya Slovan-ında çıxış edib. 31 yaşlı özbəkistanlı hücumçu Nasimov isə əvvəllər "Neftçi"də çıxış edib. O, 2011-2012 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olub.

"Keşlə"nin sifariş ərizəsi:

Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev

Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 19. Azər Salahlı, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı

Yarımmüdafiəçilər: 7. Vaqif Cavadov, 8. Miloş Boşançiç, 10. Sezar Meza Kolli, 21. Herve Tçami, 24. Fuad Bayramov, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna

Hücumçular: 9. Amil Yunanov, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 39. Əlibəy Məmmədi.

Qeyd edək ki, "Keşlə" "Balza"la ilk oyunu iyulun 12-də Maltanın Ta Qali şəhərindəki "Centenary" stadionunda keçirəcək. Cavab görüşü isə iyulun 19-da Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq.

Milli.Az