Sankt-Peterburqda Kurlyandski küçəsində yerləşən uşaq evindən 53 uşaq və 10 əməkdaş təxliyə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təxliyə binada qısaqapanmadan sonra aparılıb.

Bildirilir ki, qısaqapanma yanğınla nəticələnməyib. Bununla belə zəngdən dərhal sonra hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib və təxliyə aparılıb.

Milli.Az