"Trabzonspor" növbəti mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Super Liqa təmsilçisi Rusiyanın "Spartak Moskva" klubu ilə qarşılaşıb. Oyun "bordo mavililər"in 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Ramil də bu görüşün iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana buraxılıb. Şeydayev komandasının bundan əvvəlki yoxlama görüşündə Xorvatiyanın "Lokomotiv Zaqreb"ə klubuna qol vurmuşdu.
Milli.Az