Biləsuvarda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Xırmandalı kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli 3 otaqlı binada 1 ədəd rabitə avadanlığı qismən yanıb.

Yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 8 m² sahədə əriyib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az