Avstriyanın "Mattersburq" klubu yenidən millimizin hücumçusu Ramil Şeydayevi transfer etmək istəyir.

Milli.Az qol.az-a istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Gerald Baumqartner məlumat verib. O, "Trabzonspor"un oyunçusu üçün Türkiyə təmsilçisinə rəsmi təklif göndərdiklərini bildirib: "Bütün şərtlər qəbul olunub. Əgər Ramil bizə gəlməsə, B planımızı işə salacağıq".

Qeyd edək ki, R.Şeydayevin bundan əvvəl "Mattersburq"la danışıqları müsbət nəticələnməyib.

Milli.Az