"Real" sabiq baş məşqçisi Zinəddin Zidan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssisin xidmətlərində "Mançester Yunayted" klubu maraqlıdır. Bildirilir ki, "qırmızı şeytanlar" Joze Mourinyo ilə vidalaşacaqları təqdirdə, Zidana müraciət edəcəklər.

Qeyd edək ki, Zinəddin Zidan "Real" 2016 - 2018-ci illərdə çalışıb. Onun rəhbərliyi altında "kral klubu" mümkün bütün titilları qazanıb, ardıcıl 3 dəfə ÇL qalibi olub.

Milli..Az