"Mançester Yunayted”də baş məşqçi dəyişikliyi gözlənilir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Qırmızı şeytanlar” portuqaliyalı baş məşqçi Joze Mourinyonu istefaya göndərməyə hazırlaşır. Onun yerinə əsas namizəd isə bir neçə ay əvvəl “Real Madrid”in baş məşqçisi vəzifəsindn öz istəyi ilə ayrılan Zinəddin Zidandır. Artıq ingilis klubu fransız futbol mütəxəssisi ilə danışıqlara başlayıb. Zidanın hazırda Londonda olduğu və gələcək vəzifəsi üçün hazırlaşdığı bildirilir.

Qeyd edək ki, “Mançester Yunayted” son illərdə ciddi uğur qazana bilmir və komanda hazırda premier liqada 10-cu pillədə qərarlaşıb.