30 yaşlı Rihanna özünə məxsus olan kosmetika brendinin məhsullarını dünyada tanıtmağa davam edir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu dəfə Dubaya yollanıb. Burada makiyaj dərsləri keçən Rihanna daha sonra Sinqapura gedib.

Pərəstişkarları ilə görüşən Rihanna açıq-saçıq geyimdə onların qarşısına keçib. Dünya ulduzu bunun üçün sinə dekolteli dar paltar seçib. O, "Cushnie" brendinin 2019-cu il yaz-yay kolleksiyasına müraciət edib.

Daha sonra fotokameralar qarşısına keçən Rihanna şəkillər çəkdirib.

Milli.Az