Birləşmiş Krallıqda doğumuna 11 həftə qalmış körpə sağlam şəkildə dünyaya gəlib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Hallie adı verilən qızın çəkisi 500 qramdır.
Hallie Sofia Dury o qədər balacadır ki, anasının əlinə rahat şəkildə sığışır.
Qeysəriyyə üsulu ilə dünyaya gələn Hailie hazırda həkim nəzarətində saxlanılır. O, Uels universitetinin xəstəxanasında doğulub.
Uşağın valideynləri Robyn Bryant və James Dury bildiriblər ki, onlar uşağın ölü doğulacağını gözləyirdilər, lakin möcüzə baş verib.
Milli.Az fotoları təqdim edir:
Fuad
Milli.Az