Futbol karyerasına yenicə başlayan Useyn Bolt Avstraliyanın "Central Cost Mariners" klubundan ayrılıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, yamaykalı bir neçə ay məşq etdiyi klubla müqavilə bağlamaq istəməyib.
"8 qat Olimpiya çempionunun komandamızda olmasından qürur duyurduq. Təəssüf ki, danışıqlar alınmadı. Bolt bir müddət burada məşq etdi. Onun peşəkar futbolçu kimi yetişməsinə kömək etmək istəyirdik. Bəzi problemlər üzündən müqavilə bağlamaq mümkün olmadı", - klubun sahibi Maykl Çarlisvorta bildirib.
Bir müddət əvvəl Maltanın "Valetta" klubu yamaykalı sprinterə iki illik müqavilə təklif etmişdi. Bolt razılaşmamışdı.
Milli.Az