Məşhur müğənni Rihanna Amerika prezidenti Donald Tramp barədə açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, pop ulduz prezidentin seçkiqabağı keçirdiyi mitinqlərdə onun mahnısını səsləndirilməsinə etiraz edib.

Rihanna "Nə mənim, nə də pərəstişkarlarımın belə faciəvi mitinqlərdə yeri yoxdur", - deyə tvitter hesabında bildirib.

Qeyd edək ki,bir müddət əvvəl ifaçı Farrell Uilyamsda "Happy" mahnısını mitinqlərdə səsləndirən Donald Trampa məktub ünvanlamışdı.

Milli.Az