"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan Avropanın 4 klubundan təklif alıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransız gələn il yenidən Madrid klubuna qayıda bilər. Zidan "Mançester Yunayted", "Bavariya" və PSJ-nin də diqqət mərkəzindədir.

Keçmiş futbolçu 2 ildən artıq "Real"da çalışıb. Komanda onun rəhbərliyi altında 3 dəfə ÇL-nin qalibi olub. Bu ilin may ayında "Kral klubu"ndan ayrılıb. 46 yaşlı mütəxəssisin "Mançester Yunayted"lə danışıqlar apardığı deyilirdi. Lakin "qırmızı şeytanlar" mətbuatda yer alan informasiyanı təkzib etdi. Zidanın "Yuventus"da baş direktor ola biləcəyi də deyilir.

Milli.Az