Yamaykalı sprinter Useyn Bolt noyabrın sonunadək hansısa klubla müqavilə bağlamaq niyyətindədir.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, Boltun bu planı baş tutmasa futbolla bağlı arzularından əl çəkəcək.

"Bir sıra klublardan təklif almışam. Noyabrın sonunda rəsmi müqavilə imzalamaq istəyirəm. Əgər alınmasa, bu işdən əl çəkəcəyəm", - olimpiya çempionu bildirib.

Xatırladaq ki, Bolt Avstraliyanın "Central Coast Mariners" klubunda iki matçda forma geyinib. Lakin klubla müqavilə bağlamayıb. Maltanın "Valetta" komandasına da rədd cavabı verib.

Milli.Az