"Forbes" dərgisi 2017-ci illə 2018-ci illər arasında ən çox qazanan məşhur ifaçıların adını açıqlayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, siyahıda 10-cu yerdə 30 milyon dollarla Britni Spirs qərarlaşıb.

Selin Dion 31 milyon dollarla 9-cudur.

Helene Fiçer il ərzində 32 milyon dollar qazanaraq reytinqin 8-cisi olub.

Siyahıda 7-ci sırada Rihanna 37,5 dollarla bərqərar olub.

Cennifer Lopez il ərzində qazandığı 47 milyon dollarla 6-cı yeri zəbt edib.

Siyahının 5-cisi 50 milyon dollarla Ledi Qaqadır.

Pink 52 milyon dollarla bir pillə addımlayaraq 4-cü olub.

Siyahının üçlüyü Beyonsun adı ilə açılır. O, il ərzində 60 milyon dollar qazanıb.

Reytinqin 2-cisi 80 milyon dollarla Teylor Svift olub.

Keti Peri isə il ərzində qazandığı 83 milyon dollarla siyahıya liderlik edib.

Milli.Az