Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, Samux rayonunun 1948-ci il təvəllüdlü Lüksemburq kənd sakini Məmmədova Növbər Qurban qızıyolu qarşı tərəfə keçmək istəyən zaman onu "BMW" markalı avtomobil vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən yerindəcə ölüb.

Qəza zamanı ölən piyadanın yaxınları Bakı-Qazax magistral yolunu bir müddət bağlayıblar. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və avtomobillərin hərəkəti bərpa edilib.

Bundan əlavə, mərhumun yaxınları meyitin tibbi ekspertizaya aparılmasına imkan verməyiblər.

Faktla bağlı araşdırma aparılır.