Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edəcək
Paylaş
39 baxış·1 dəq oxu
Bakı. 20 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 25-də Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarının sakinlərini qəbul edəcək. Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, qəbul Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində saat 10:00-da başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.