Səyahətə getmək cəhətdən dünyanın ən riskli ölkələrinin adı açıqlanıb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, "International SOS and Control Risks" tərəfindən 2019-cu ilidə səyahətə çıxmaq üçün ən riskli ölkələrin işarələndiyi xəritə hazırlanıb.

Xəritədə rənglər ekstrim, yüksək, orta, aşağı və risksiz dərəcə kimi kateqoriyalara uyğunlaşdırılıb. Hətta yeni siyahıda turistlərin ən çox getdiyi ölkələrin də adı var.

Səyahət baxımından ilin ən riskli ölkələrinin adları açıqlanıb - Azərbaycan hansı siyahıdadır? - FOTO

Ekstrim dərəcəli ölkələrdə terror təhlükəsi çoxdur, hakimiyyətin idarə etmə qabiliyyəti olduqca zəifdir.

Bu ölkələrə Misir, Mali, Suriya, Liviya aiddir. Buna səbəb isə həmin ölkələrdə tez-tez terror hadisələrinin baş verməsidir.

Səyahət baxımından ilin ən riskli ölkələrinin adları açıqlanıb - Azərbaycan hansı siyahıdadır? - FOTO

Yüksək riskli ölkələrin adı arasında Türkiyənin və Meksikanın adı var.

Türkiyə sərhədindəki dövlətlərə görə yüksək riskli ölkə kimi dəyərləndirilib. Məlumatda bildirilib ki, Şırnak, Mardin, Şanlıurfa, Qaziantep, Kilis və Hataya getmək tövsiyə olunmur. Hətta İstanbul və Ankara da terror riskli ölkə kimi qeyd edilib.

Tunis və Yamayka adası orta riskli ölkələr siyahısına aid olunub.

Səyahət baxımından ilin ən riskli ölkələrinin adları açıqlanıb - Azərbaycan hansı siyahıdadır? - FOTO

Ən az riskin olduğu ölkələrin siyahısında İngiltərə, Fransa və Almaniyanın adı var.

Finlandiya, Norveç, Danimarka, İsveçrə, Sloveniya və İslandiya isə səyahət üçün ən təhlükəsiz ölkələr hesab olunur.

Qeyd edək ki, xəritəyə əsasən Azərbaycan az riskli ölkələr siyahısındadır.

Bəxtiyar Umarlı
Milli.Az