"Report" xəbərinə görə, bunu Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri qeyd edib ki, ölkədə bəzi qruplar həm xaricdən olan təbliğatın və digər təsirlərin nəticəsində, həm də özlərinin mənfur niyyətlərini həyata keçirmək naminə qarşıdurma yaratmaq və s. ilə bağlı cəhdlər edirlər: "Bu cəhdlər zamanı mitinqlərdən istifadə edirlər. Azərbaycan demokratik dövlətdir, bu gün mitinqlərlə nəyisə xalqa çatdırmaq, nəyəsə nail olmaq zamanı arxada qalıb. Kiminsə, hansısa siyasi qrupun sözü varsa, bunu cəmiyyətə çatdırmaqda heç bir problem yoxdur. Məsələn, "Məhsul" stadionda keçirilən mitinq bir daha göstərdi li, Azərbaycan xalqı bu cür aksiyalara dəstək vermir. Burada toplaşan eyni adamlardır, eyni fikirlər səsləndirilər, eyni sözlər söyləyirlər və onların söylədikləri boyat fikirlərə xalq heç də reaksiya vermir, verməyəcək də. Çünki onların dediklərində hər hansı yenilik yoxdur".