Gəlinlik markaları ona öz gəlinliyini geyindirə bilmək üçün yarışmağa başlayıb.
Metbuat.az Türkiyyə mətbuatına istinadən xəbər verir ki, sevgilisi Gökhan Çıra ilə evlənməyə hazırlaşan Selin Ciğercinin gəlinliyi böyük məsələ halına gəlib.
Belə ki,bir çox markalar Selinə öz gəlinliyini geyindirə bilmək üçün ağıl almaz təkliflər edirlər. Bir gəlinlik markası isə məşhur fenomenə gəlinliklərinin geyinilməsi üçün 110 min TL təklif edib. Məşhurun seçiminin nə olacağı hələ ki bilinmir.
Qeyd edək ki, ötən günlərdə sevgilisindən evlənmə təklifi alan Selin, cinsiyyətini dəyişərək qadın olub.
