Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyanın neft emalı zavodlarına hücumları “utancverici” adlandırmasına cavab verib.

Metbuat.az xəbər verir ki, o, yalnız ölkəsinin maraqlarını müdafiə etdiyini bildirib.

Xatırladaq ki, Donald Tramp Ukraynanın hücumlarının dünya bazarında neft qiymətlərini artırdığını iddia edib və Zelenskini kompromisə getməməkdə günahlandırıb. ABŞ ilə Rusiya arasında 300 min ton dizel yanacağının tədarükünü nəzərdə tutan razılaşma isə Kiyevin narazılığına səbəb olub. Zelenski bu razılaşmanın Rusiya Prezidenti Vladimir Putinə müharibəni maliyyələşdirmək üçün əlavə vəsait qazandıracağını deyib. Vaşinqtonla Kiyev arasında gərginlik Ukrayna ordusunun istifadə etdiyi “Starlink” peyk rabitəsində yaranan problemlər və ABŞ-nin kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmaq ehtimalı ilə daha da artıb.