Futbol üzrə 2019-cu Amerika Kubokunun püşkü atılıb.Milli.Az report-a istinadən bildirir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş püşkatma nəticəsində 12 iştirakçı ölkə 3 qrupa bölünüb:A qrupu: Braziliya, Boliviya, Venesuela, PeruB qrupu: Argentina, Kolumbiya, Paraqvay, QətərC qrupu: Uruqvay, Ekvador, Yaponiya, ÇiliQətər və Yaponiya yığmaları Asiya zonasında yer alsalar da, yarışın təşkilatçısı olan Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) dəvəti əsasında Amerika Kubokuna qatılıblar. CONMEBOL-a daxil olmayan milli federasiyaların komandaları turnirə 1993-cü ildən dəvət olunurlar. Daha öncə Amerika Kubokunda Meksika (10 dəfə), Kosta-Rika (5), ABŞ (4), Yamayka (2), Honduras (1), Panama (1), Yaponiya (1) və Haiti (1) yığmaları iştirak ediblər.Qeyd edək ki, 2019-cu il Amerika Kuboku 14 iyun - 7 iyulda Braziliyada keçiriləcək.Milli.Az