Ötən gün müğənni Kərim Abbasov və rəqqasə Renkanın görüntüləri sosial şəbəkələrdə gündəmə bomba kimi düşüb.

Görüntülərin hansısa çəkilişdən olduğunu düşünənlər də olub, etik olmadığını deyib təhqir edənlər də.

Məsələ ilə bağlı müğənni Kərim Abbasov Metbuat.az-a açıqlama verib. Müğənni bildirib ki, bu görüntülər elə-belə ortaya çıxmayıb: “Hər görülən işin bir cavabı var, bunu isə gözləməyə səbr lazımdır. Mənim üçün hava xoşdur, hər şey gözəldir. Siz bu işin arxasını gözləyin. Hər bir incəsənət insanı iş görəndə onun arxasını düşünür. Mən rahatam və ailəmdə də hər şey qaydasındadır. Çox adam ailəmə görə narahatdır, amma olmasınlar, hətta hər şey bildiyinizdən də əladır. Sadəcə səbr edin. Bu yaxınlarda bir “partlayış” görəcəksiniz.”

Kərim Abbasov onu da bildirdi ki, görüntülər yayılan gündən bəri bir çox zənglər gəlsə də heç birini cavablandırmayıb.

Sözügedən görüntüləri təqdim edirik:


Sevinc Kərimova/Metbuat.az