Böyük, kiçik hər kəs tərəfindən çox sevilən “Məhəllə” filminin üçüncü hissəsi ekranlara qayıdır.

Metbuat.az bildirir ki, sevilən filmin treyləri “Planet Parni iz Baku”nun rəsmi “Youtube” səhifəsində yayımlanıb

Quruluşçu rejissoru İsmayıl Zeynalov, prodüserləri isə Tahir və Cabir İmanov qardaşları olan "Məhəllə-3"ün də digər "Məhəllə"lər kimi baxımlı olacağı düşünülür.

Filmin çəkilişləri zamanı məkanlara, aktyor heyətinə xüsusi diqqətlə yanaşılıb.

İmanov qardaşları ilə birgə Bəhram Bağırzadə, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Hacı İsmayılovun da yer aldığı filmdə izləyənləri məhəllə sakinlərinin başına gələn maraqlı və gülməli hadisələr gözləyir .

Qeyd edək ki, filmin qala gecəsi mart ayının 3-də Heyder Əliyev sarayında baş tutacaq.



Ayan Babakişiyeva uzun müddət sonra efirdə - "Məni heç kim təhdid etmirdi"/ VİDEO