“Report” “The Sun”a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis klub rəhbərliyindən minimum 220 milyon avroluq transfer büdcəsi və belçikalı yarımmüdafiəçi Eden Azarın komandada saxlanılmasını istəyib.
2016 - 2018-ci illərdə İspaniya “Real Madrid”inə rəhbərlik etmiş Zidan Çempionlar Liqasını ardıcıl 3 dəfə qazanan ilk mütəxəssis kimi tarixə düşüb. O, ötən mövsümün sonunda öz istəyi ilə postunu tərk edib.
Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasında 26 turdan sonra 50 xalla 6-cı pillədə qərarlaşıb. “Zadəganlar”ın rəhbərliyi ötən yay baş məşqçi vəzifəsinə təyin etdikləri italiyalı Mauritsio Sarrini istefaya göndərmək istəyir.