“Məni qucaqlayıb “ana, sen yaxşı adamsan, səni çox istəyirəm” deməyin, bax buna görə yaşamağa dəyər.”

Bu sözləri müğənni Sevda Sanəliyeva oğluna ünvanladığı təbrikində yazıb.

Metbuat.az xəbər verir ki, bu gün müğənni Sevda Sanəliyevanın oğlu Elgünün doğum günüdür.

Müğənni bu münasibətlə “İnstagram” hesabından oğlu ilə birgə olan fotosunu paylaşıb.

S.Sanəliyeva oğlunu bu sözlərlə təbrik edib:

“Oğlum bu səninlə ilk şəkilimizdir , 3 günlüksən. Gəlişinlə məni həyata qaytardın və bağladın. Yaşamağa dəyər. Bir gülüşün, məni qucaqlayıb “ana, sen yaxşı adamsan, səni çox istəyirəm” deməyin, bax buna görə yaşamağa dəyər. Bu gün 4 yaşın tamam oldu. Sənin üçün duam sağlam böyü, ömrün uzun olsun,,savadlı ol, mütləq oxu ailənin nə olduğunu dərk et və 2 əlli yapış. Bilmirəm səni nələr gözləyir gələcəkdə. Bəlkə büdrədiyin vaxtlar olacaq, amma qorxma! Bu səni daha da güclü edəcək. Xoşbəxt ol oğlum. Mən sənin arxandayam nə qədər ki,allah mənə nəfəs, güc verib. Mənim ən gözəl, dəyərli mükafatım. Ciyərimin parası, canımın canı, səni sevirəm, oğlum. Ad günün mübarək dayağım, qardaşım, atam, oğlum. Şükür Allaha.”

Sevda Sanəliyeva oğlunu bu sözlərlə