Ötən gün doğum gününü qeyd edən Türkiyənin tanınmış aktrisası Beren Saatın sözləri diqqət çəkib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Beren doğum günündə “İnstagram” hesabından makiajsız halda fotosunu paylaşıb və yazdığı sözlərində keçmiş sevgilisini yada salıb.
Beren Saatın sevgilisi olan Efe Güray illər əvvəl avtomobil qəzasında dünyasını dəyişib və bu hadisədən sonra aktrisa ağır günlər keçirib.
Berenin doğum günündə keçmiş sevgilisini anması insanlarda müxtəlif fikirlər yaradıb.
Aktrisanı həyat yoldaşı olan müğənni Kenan Doğulu da təbrik etməyib.
Bütün bunlardan sonra cütlüyün arasının yaxşı olmadığı haqqında söz-söhbətlər yayılıb və boşanacaqları barəsində iddialar da güclənib
Kilo aldığı üçün kompleks edən aktrisa - Aylar sonra görüntülənib / FOTO