Başrolunda Murad Bozun da olduğu “Öldür beni sevgilim” adlı filmin qala gecəsi keçirilib. Aslı Enver sevgilisi Murad Bozu gecədə tək buraxmayıb.
Metbuat.az xəbər Türkiyə mediasına istinadən verir ki, aktrisa Aslı Enver müxbirlərə açıqlamasında sevgilisi müğənni Murad Bozun aktyorluğunu bəyəndiyini deyib:
“Muradın aktyorluğunu bəyənirəm və bu işdə çox yaxşı olduğunu bilirəm. Səbrsizliklə filmi izləməyi gözləyirəm.”
Aslı hazırda baş rolunu canlandırdığı “İstanbullu gelin” serialı haqqında da danışıb. O, serialın final edəcəyini bildirib:
“Gözəl sezon idi. Hərkəsin işi gücü var. Ona görə yaxşı bir final düşünürük.”
