2017-ci ildə dünya evinə girən aktyor Burak Özcivit və aktrisa Fahriye Evcen dünyaya gələcək övladlarına artıq ad qoyub.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük uzun zamandır hələ dünyaya gəlməyən övladlarına ad düşünüblər. Nəhayət ada qərar verən F.Evcen sosial media hesabından bunu açıqlayıb.
Burak Özcivit və Fahriyə Evcen cütlüyü övladlarının adını Karan qoymaq qərarı alıb.
Hamiləlik dövründə heç bir foto paylaşmayan aktrisa ötən gün bir ilk edərək izləyicilərini sevindirib.


"Heç öz repertuarları yoxdur, çıxıb Şakiranın, Sosonun mahnılarını oxuyur" - VİDEO