Xəbər verdiyimiz kimi xalq artisti Alim Qasımov yeni disk toplusunun təqdimatını edib.

Metbuat.az xəbər verir ki, fransız cazmen Michel Godardın Azərbaycan muğamına olan marağı muğam ifaçısı Alim Qasımovla bir araya gəlməsinə səbəb olub.

Bu haqda "Morgenland" festivalının qurucusu Michael Dreyer konfrans zamanı danışıb:

“ Michel ümumi çıxışları dinləyib, Azərbaycan muğamının möcüzəvi olduğunu bildirdi. Alim Qasımovun sənəti ona xoş təsir bağışlayıb və belə bir layihə ərsəyə gəlib. ”

Qeyd edək ki, Michel Godard tuba adlanan ilana bənzər nəfəs alətində ifa edir.

Michel Godard:

Sevinc Kərimova/ Metbuat.az

Alim Qasımov yeni disk toplusunu təqdim edib / FOTOLAR