Litva yığmasının Azərbaycan millisi ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb
Paylaş
85 baxış·1 dəq oxu
Litva milli komandasının Lüksemburqla keçirəcəyi AVRO-2020-nin seçmə oyunu və Azərbaycanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. "Report"un məlumatına görə, baş məşqçi Valdas Urbonas səfər matçları üçün 23 futbolçuya dəvət göndərib. Lüksemburqla qarşılaşma martın 22-də, Azərbaycanla görüş isə martın 25-də olacaq.