"Çelsi"nin futbolçusu Eden Hazard maraqlı açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı hücumçu, Real-ın baş məşqçisi Zinəddin Zidan və Belçika millisinin çalışdırıcısı Roberto Martines haqda fikirlərini bildirib:

"Zidanın sayəsində futbola başladım. Ona çox hörmət edirəm".

"Roberto Martines, yoxsa Zinəddin Zidanı seçərdin" sualını cavablandıran Hazard, seçimini Martinesdən edib:

"Martineslə xüsusi uğurlar qazanmışıq. Buna görə də, Martinesi seçirəm".

Real Hazard üçün bir müddət əvvəl Chelsea-yə 82 milyon avro təklif etmiş, lakin "zadəganlar" bu təklifi rədd etmişdilər. Chelsea belçikalı hücumçu üçün ən azı 100 milyon avro tələb edir.

Qeyd edək ki, Chelsea ilə 2020-ci ilə qədər müqaviləsi olan Hazard, bu mövsüm 39 oyunda iştirak edərək, 16 qol vurub və 11 məhsuldar ötürmə edib.

Milli.Az