Bismillahirrəhmanirrəhim

İranda bütün oxucuların anlaya bilmələri üçün bu yazını farsca yazıram. Ana dilimdə (türkcədə) yazmadığım üçün Allahdan üzr istəyir və dostlarımın məni bağışlamalarını diləyirəm.

Anladığımızı və tanıdığımızı sandığımız İslam toplumu çox böyük bir toplumdur. Tanıdığımızda da təəssüflənirik. Çünkü bu böyük topluluq birlik anlayışı içində doğru yolu seçə bilməməkdədir. Çünkü şiələr görünürdə "sünni qardaşlar" ifadəsini qullansalar da, əslində ömərilərin və nasibilərin kafir olduqlarına inanırlar. Sünnət əhli də şiəliyi yəhudiliyin ürünü olaraq görərək kəndilərindən uzaqlaşdırırlar. İslamın doğuş çağına ən yaxın firqə olan Əbazi kimi xəvaric firqələrinin də daha fərqli görüşləri var. Hər üç axım İslami birliyin parçalanmasında yəhudiləri suçlu görürlər. Çünkü yəhudilər gərəkdiyində sünni və ya şiə ola bilirdilər. Şiələşən yəhud Əli haqqında aşırı mədhlər yazarkən, ilk üç xəlifə haqqında sevimsiz bilgilər oluşdurmuşlar. Sünniləşən yəhudilər də Əbubəkir və Ömər haqqında mədh bilgiləri oluşdurmuşlar. Ümmət arasında nifaq yaradaraq dəyişik qrupları qarşı-qarşıya qoymaq amacı ilə möminlərin anası Aişə adına hədislər rəvayət etmişlər. İbni-Səba kimi yəhudilər Əli haqqında İslam dışı aşırı bilgilər oluşdurmaq üçün fars tarixi sosial psikolojisini uyqun ortam olaraq görmüşlər. Çünkü yəhudi aydınları farsların ərəblərə qarşı aşırı nifrət və kinləri haqda bilgi sahibi idilər. Həm İslam öncəsi, həm də İslam sonrası farsların ərəbləri aşağı bir ulus olaraq gördükləri haqda yəhudilərin tarixi bilgiləri var idi. İslam öncəsindən başlayaraq davam edən farsların ərəb düşmənliyi günümüzdə də davam etməkdədir. Farsların bu aşırı ərəb qarşıtlığı duyqularından yararlanan İbni-Səba və Kə´b-ul Əxbar kimi yəhudi alimlər İslam Dünyasında parçalanma yaratmaq amacı ilə ilk üç xəlifə haqda, özəlliklə farsların Sasani imperatorluğunu devirən Ömər haqqında aşağılayıcı məlumat, təhqir edici bilgilər yaymağa başladılar. Çünkü yəhudi bilgələr farsların, özəlliklə onların Sasani imperatorluğunu devirən Öməri sevmədiklərini yaxşı bilirdilər. Yəhudilərin bu haqda başqa tarixi təcrübələri də var idi. Farsların sadəcə Öməri deyil, daha öncə Əhəməniləri devirən Makidoniyalı İskəndəri də Ömər kimi sevmədiklərini yəhudilər bilirdilər. Diqqət edərsək, İranda ən çox Öməri aşağılar, sövərlər. Sasanilərin devrilməsində Əlinin az rolu olduğundan Əbutaliboğluna qarşı Ömər kimi kin bəsləməzlər. Əlini daha öncəki xəlifələrin harda isə düşməni kimi göstərərk ərəb və digər xəlifələrə qarşı düşmənliyin tarixi zəminini oluşdururlar.

Zərdüştilər Əli haqqında aşırı gözəl sözlər söylərkən, ilk üç xəlifə və Aişə haqqında həqarət dolu bilgilər mətnləşdirdilər. Ayrıca, farslar əski çağlardan bəri qutsal dölə inandıqları üçün Əlinin evladları haqqında da İslam öyrətiləri ilə uyqun g?