AVRO-2020-nin seçmə qrup mərhələsinin oyunları davam edir.
Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu gün A, B və H qruplarında ikinci tura yekun vurulacaq.
A qrupunda ilk matçına çıxacaq Kosovo Bolqarıstanı, Monteneqro İngiltərəni qəbul edəcək.
B qrupunda Portuqaliya ilk qələbəsini Serbiya ilə görüşdə qazanmaq əzmindədi. Ukrayna isə ilk turdan sonra liderliyə yüksələn Lüksemburqun qonağı olacaq.
Türkiyə millisi H qrupunda Moldova ilə, qrupun favoriti Fransa İslandiya ilə qarşılaşacaq. İlk turda uduzan Albaniya isə Andorranın qonağı olacaq.
Seçmə mərhələdə II tura martın 26-da yekun vurulacaq.
AVRO-2020-nin seçmə mərhələsi
25 mart
A qrupu
23:45. Kosovo - Bolqarıstan
23:45. Monteneqro - İngiltərə
B qrupu
23:45. Lüksemburq - Ukrayna
23:45. Portuqaliya - Serbiya
H qrupu
21:00. Türkiyə - Moldova
23:45. Andorra - Albaniya
23:45. Fransa - İslandiya
Milli.Az