Savaşın, müharibələrin vəhşətli mənzərələri hər kəsi pərişan edir. Dünyanın ən məşhur fotoqrafları savaş bölgələrinə yollanır, fotolar çəkir və bu minvalla milyonlarla insanlara anladırlar ki, həmin bölgədəki insanların yardıma ehtiyacı var.

Milli.Az bildirir ki, bəşər övladı özündən soruşur: Hərgah bu qədər insan sülh istəyirsə, savaşlar nə üçün dayanmır?!

Banqladeşli karikaturaçı rəssam Morşed Mişu (Morshed Mishu) da həmin suala cavab arayır. O, savaş və qanlı toqquşma bölgələrində çəkilmiş fotoları "Kaş ki" seriyasında "dəyişib", əzab və qorxuya ümidlə bəxtəvərlik qatıb.

Milli.Az