“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər arasında Şri-Lanka vətəndaşlarının da olduğu bildirilir.
Yanğınsöndürmə xidmətindən verilən məlumata görə, bu gün günörta saatlarında başlayan yanğının söndürülməsinə 21 briqada cəlb olunub. Hərbi helikopterlərin də istifadə olduğu xilasetmə və söndürmə əməliyyatları davam edir.
Qeyd edək ki, dünyanın ən çox (20 milyonadək) əhalisi olan və ən sıx məskunlaşan şəhərlərdən olan Dəkkədə ötən ay baş verən oxşar hadisə zamanı da 78 nəfər ölmüşdü.