PSG-nin yarımmüdafiəçisi Adrien Rabyo "Real Madrid"ə keçə bilər.
Milli.Az Goal.az-a istinadən xəbər verir ki, ötən il "Barcelona"nın gündəmində olan futbolçunu kataloniyalıların əzəli rəqibi heyətinə qatmaq niyyətindədir.
23 yaşlı orta sahə oyunçusunun müqavilə müddətinin mövsümün sonuna qədər olması "kral klubu"nu daha da həvəsləndirir. Madridlilərin baş məşqçisi Zinəddin Zidan rəhbərliklə görüşündə həmyerlisinin keçidində maraqlı olduğunu bildirib.
AS nəşrinin məlumatına görə, Rabyonun yayda "Real"a keçmək şansı ən yüksək ehtimaldır.
Milli.Az