İngiltərə Premyer Liqa komandalarından "Tottenhem"in ulduzu Kirstian Eriksenlə bağlı transfer xəbərləri gündəmə gəlib.

Milli.Az "AS" qəzetinə istinadən xəbər verir ki, ispan nəhəngi "Real Madrid" futbolçusu ilə razılıq əldə edib.

Baş məşqçi Zinəddin Zidanın ən çox istədiyi oyunçulardan biri olan Eriksen üçün "kral klubu"nun 130 milyon funt-sterlinqi gözdən çıxaracağı bildirilir.

Bu mövsüm klub formasıyla 47 oyuna çıxan 27 yaşlı danimarkalı oyunçu 9 qol vurub, 17 asist edib.

Əliş Abdulla
Milli.Az