Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxacaq. Ağdam təmsilçisi Lüksemburqda "Düdelanj"ın qonağı olacaq.

"Qarabağ"ı ilk görüşdə səfərdə Kipr APOEL-ni 4:3 udan bu rəqiblə asan oyun gözləmir. Ancaq birinci turda Bakıda "Sevilya"ya uduzan (0:3) Qurban Qurbanovun komandası qrupda ilk xalını və ya xallarını qazanmağa çalışacaq.

Qrupun digər oyununda "Sevilya" APOEL-i qəbul edəcək.

3 oktyabr

A qrupu

23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. "Jozi Bartel" stadionu.

23:00. "Sevilya" (İspaniya) - APOEL (Kipr)

1.

Sevilya

1

1

0

0

3:0

3

2.

Düdelanj

1

1

0

0

4:3

3

3.

APOEL

1

0

0

1

3:4

0

4.

Qarabağ

1

0

0

1

0:3

0