“Report” xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ın qonağıdır.
Azərbaycan təmsilçisi “Jozi Bartel” stadionunda baş tutan matça Filip Ozobiç və Xayme Romerosuz çıxıb. Hər iki yarımmüdafiəçi zədəlidir.
Bu görüş "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdardır. Qırx yeddi yaşlı mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi komanda ilə 100-cü avrokubok matçına çıxır.